Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev özünə köməkçi təyin etdi

İlham Əliyev özünə köməkçi təyin etdi

İlham Əliyev özünə köməkçi təyin etdi
2022-11-24 , 18:44

Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib.

Yenilik.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Qeyd edək ki, A.Sipilin 2019-cu ildən bu günədək Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışırdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.