Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezidentin köməkçisi təyin edilən Andrey Sipilin kimdir? - DOSYE

Prezidentin köməkçisi təyin edilən Andrey Sipilin kimdir? - DOSYE

Prezidentin köməkçisi təyin edilən Andrey Sipilin kimdir? - DOSYE
2022-11-24 , 18:46

Xəbər verdiyimiz kiimi, bu gün Azərbaycan Prezidentinə yeni köməkçi təyin edilib.

 
Prezident İlham Əliyevin yeni köməkçisi Andrey Vladimiroviç Sipilin həm də Prezident Administrasiyasında yaradılan Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri vəzifəsində çalışacaq.

Qeyd edək ki, bu təyinatdan sonra Prezident İlham Əliyevin köməkçilərinin sayı 11 nəfərə çatıb.
Andrey Sipilin bu günə kimi Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsində çalışırdı.

Andrey Sipilinin qısa dosyesini təqdim edirik:
 
A.Spilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb.
 
O, Prezident Administrasiyasına gəlməzdən əvvəl “PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.
 
Andrey Sipilin Azərbaycanın tanınmış hüquqşünaslarından olan Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın oğludur.
 
Milliyətçə yəhudi olan Tatyana Aleksandrovna Qoldman 1954-cü ildə Bakı şəhərində anadan olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.