Davosda Azərbaycanın enerji layihələri müzakirə edildi

Yenilik.az xəbər verir ki, yanvarın 18-də Azərbaycan Prezidenti İlham Əliyevin Davosda BP Qrupunun baş icraçı direktoru Bernard Luni ilə görüşü olub.
Azərbaycanın enerji layihələrinin yeni mərhələyə keçidi, qaz həcminin artırılması, bərpaolunan enerji layihələrində BP şirkətinin daha fəal iştirakı, mövcud layihələrin genişləndirilməsi məsələləri müzakirə olunub.