Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Gündə neçə dəfə icazə alıb evi tərk etmək olar? -RƏSMİ AÇIQLAMA

Gündə neçə dəfə icazə alıb evi tərk etmək olar? -RƏSMİ AÇIQLAMA

Gündə neçə dəfə icazə alıb evi tərk etmək olar? -RƏSMİ AÇIQLAMA
2020-04-06 , 11:45

Vətəndaşlar marketə və aptekə getmək üçün ayrı-ayrı icazə ala bilməz.

Yenilik.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev İTV-də çıxışı zamanı deyib. O, "səhər icazə alıb marketə getmişəm, amma 4-5 saat sonra təcili olaraq aptekdən dərman almalıyam. Bu zaman nə etməliyəm?" sualına cavab olaraq bildirib ki, vətəndaşlara gün ərzində yalnız bir dəfə evdən çıxmağa icazə verilir: "Ona görə də vətəndaş həmin gün ona nə lazımdırsa, əvvəlcədən nəzərə almalıdır. Lakin əgər səhhətində problem yaranarsa, 1-ci bənd üzrə təxirəsalınmaz tədbirlər üçün icazə alıb evdən çıxa bilər".
Ramin Bayramlı əlavə edib ki, əgər vətəndaşın səhhətində problem yaranarsa, bunun üçün küçəyə çıxmağa ehtiyac yoxdur: "Siz 103-ə zəng edəcəksiniz, bizim həkimlərimiz sizin ünvana gələcəklər".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.