Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » XİN rəsmisi: “Bu hücumun məsuliyyəti İranın üzərindədir”

XİN rəsmisi: “Bu hücumun məsuliyyəti İranın üzərindədir”

XİN rəsmisi: “Bu hücumun məsuliyyəti İranın üzərindədir”
2023-01-27 , 13:36

“İran Azərbaycanın oradakı səfirliyə edilən hər hansı hücumun qarşısını almalı, mühafizəni gücləndirməli idi. Təəssüf ki, bu, edilməyib”.

Yenilik.az-ın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxslərin, sifarişçilərin qısa müddətdə müəyyən edilməsini və məlumat verilməsini tələb edirik:
“Bu hücumun məsuliyyəti İranın üzərindədir”.
“Azərbaycanın İrandakı səfirliyinə hücumun həyata keçirilməsinin şəxsi zəmində olduğunu düşünmürük”, - deyə XİN rəsmisi qeyd edib. 
Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıb. Onların vəziyyəti qənaətbəxşdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.