Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXANLARLA BAĞLI SON DƏQİQƏ XƏBƏRİ-VİDEO

AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXANLARLA BAĞLI SON DƏQİQƏ XƏBƏRİ-VİDEO

AZƏRBAYCANDA KORONAVİRUSA YOLUXANLARLA BAĞLI SON DƏQİQƏ XƏBƏRİ-VİDEO
2020-04-08 , 18:55

Azərbaycan Respublikasında 105 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenilik.az-a verilən məlumata görə, koronavirus infeksiyasına yoluxmuş 19 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Hazırkı dövrədək ölkəmizdə 822 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 63 nəfəri müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib, 751 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 47 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
[frame=https://player.bax.tv/98486.html]

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.