Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Vəkillərin İntizam Komissiyasının video-konfrans şəklində iclası keçirilib

Vəkillərin İntizam Komissiyasının video-konfrans şəklində iclası keçirilib

Vəkillərin İntizam Komissiyasının video-konfrans şəklində iclası keçirilib
2020-04-25 , 12:14

Ölkəmizdə koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin tətbiq edilməsi çərçivəsində Vəkillər Kollegiyası və onun orqanları öz işi rejimini məhdudlaşdırmaqla distant formaya uyğun qurublar.


Aprelin 23-də Vəkillərin İntizam Komissiyasının video-konfrans şəklində iclası keçirilib. Yenilik.az-a Kollegiyadan daxil olan məlumata görə, iclasda vəkillər barəsində daxil olmuş şikayətlər araşdırılmış, habelə şikayətçi vətəndaşlar və barəsində şikayət olunan vəkillərin bilavasitə iştirakı ilə məsələlərə baxılıb, intizam icraatı çərçivəsində Komissiyanın rəyləri qəbul olunub.

İclasın yekununda Komissiyanın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.