Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » 80-DƏK ÖLKƏNİN VƏKİLLƏR KOLLEGİYALARI NÜMAYƏNDƏLƏRİNİN İŞTİRAKI İLƏ İLK DƏFƏ VİDEOKONFRAS KEÇİRİLİB

80-DƏK ÖLKƏNİN VƏKİLLƏR KOLLEGİYALARI NÜMAYƏNDƏLƏRİNİN İŞTİRAKI İLƏ İLK DƏFƏ VİDEOKONFRAS KEÇİRİLİB

80-DƏK ÖLKƏNİN VƏKİLLƏR KOLLEGİYALARI NÜMAYƏNDƏLƏRİNİN İŞTİRAKI İLƏ İLK DƏFƏ VİDEOKONFRAS KEÇİRİLİB
2020-04-28 , 10:21

Aprelin 27-də Honk Konq Vəkillər Kollegiyasının təşkilatçılığı və 80-dən artıq ölkənin vəkillər kollegiyalarının təmsilçilərinin işitrakı ilə “COVID-19-un çağırışlarına vəkil cameəsi necə cavab verməlidir?” mövzusunda videokonfrans keçirilmişdir.


Konfransda koronavirus pandemiyasının vəkil peşəsinin həyata keçirilməsində yaratdığı maneələr və bu maneələrlə mübarizədə vəkillərin peşə birliklərinin tutmalı olduqları mövqe, habelə bu dövrdə insan hüquq və azadlqılarının səmərəli müdafiəsində vəkil peşəsinin rolu müzakirə olunmuş, İngiltərə və Uelsin Hüquq Cəmiyyətinin sədri Saymon Devisin, Yaponiya Vəkillər Kollegiyasının sədr müavini Hidetomo Uedanın, Fransa Vəkillər Kollegiyasının sədri Kristian Ferla-Şulun, Rusiya Federal Vəkillər Palatasının katibi Konstantin Dobrininin, həmçinin Milan Vəkillər Kollegiyasının, Avstraliya Vəkillər Kollegiyasının və digər ölkələrin nümayəndələrinin aidiyyəti ölkələrdə pandemiya ilə bağlı gətirilən məhdudiyyətlər və bu şəraitdə vəkilliyin həyata keçirilməsi barədə təqdimatları dinlənilmişdir.

Daha sonra konfrans öz işini müzakirələr formasında aparmışdır.

Konfransda Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən Kollegiyasının Rəyasət Heyətinin aparatının rəhbəri Fərhad Nəcəfov iştirak etmişdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.