Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » RUSİYA, BELARUS VƏ AZƏRBAYCANDA RƏQƏMSAL VƏKİLLİK BEYNƏLXALQ KONFRANSDA MÜZAKİRƏ EDİLİB

RUSİYA, BELARUS VƏ AZƏRBAYCANDA RƏQƏMSAL VƏKİLLİK BEYNƏLXALQ KONFRANSDA MÜZAKİRƏ EDİLİB

RUSİYA, BELARUS VƏ AZƏRBAYCANDA RƏQƏMSAL VƏKİLLİK BEYNƏLXALQ KONFRANSDA MÜZAKİRƏ EDİLİB
2020-05-18 , 14:27

Bu gün Rusiya Federal Vəkillər Palatasının təşəbbüsü ilə Azərbaycan, Belarus və Rusiya vəkillər assosiasiyalarının təmsilçilərinin iştirakı ilə “Azərbaycan, Belarus respublikaları və Rusiya Federasiyasında vəkilliyin rəqəmsal ekosisteminin formalaşdırılması” mövzusunda videokonfrans vasitəsilə beynəlxalq elmi-təcrübi konfrans keçirilmişdir.


Konfransı giriş sözləri ilə Rusiya Federal Vəkillər Palatasının prezidenti Yuri Pilipenko, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov və Belarus Respublikası Vəkillər Kollegiyasının sədri Viktor Çayçits açmışdır.

Hər üç ölkənin vəkillər kollegiyalarının rəhbərləri öz çıxışlarında iştirakçı ölkələr arasında təcrübə mübadiləsi, pandemiya dövründə ədalət mühakiməsi iştirakçılarının onlayn texnologiyalardan istifadəsininin əhəmiyyətini qeyd etmişlər.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov son iki ildə vəkilliyin elektronlaşdırılması, elektron reyestr, vəkil qurumları ilə Kollegiyanın orqanları arasında elektron əlaqələrin qurulmasının daha da rahatlaşması, ölkəmizdə elektron məhkəmə portalının tətbiqi və bu zaman vəkillərin elektron imzalarından istifadə və s. məsələlər barədə çıxış etmişdir.

Konfrans ərzində Kollegiyanın Rəyasət Heyətinin Aparatının rəhbəri Fərhad Nəcəfov elektron vəkil kabinetinin imkanları barədə təqdimatla çıxış etmişdir.

Daha sonra ADA Universitetinin İKT sahəsi üzrə müəllimi Emin Ələsgərov tərəfindən bu yaxınlarda işıq üzü görəcək “LegalAid” tətbiqinin texniki və əməliyyat xüsusiyyətləri barədə məlumat vermiş, konfrans iştirakçılarının çoxsaylı suallarına cavab vermişdir.

Sonra Moskva oblastının Vəkillər Palatasının sədr müavini Mixail Tolçeyev tərəfindən dövlət hesabına işlərin elektron təyinatı proqram təminatının hazırda tətbiqi barədə məlumat vermişdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.