Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Azərbaycan Prezidenti Gitanas Nausedaya təbrik məktubu göndərib

Azərbaycan Prezidenti Gitanas Nausedaya təbrik məktubu göndərib

Azərbaycan Prezidenti Gitanas Nausedaya təbrik məktubu göndərib
2024-05-29 , 16:29

Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedaya təbrik məktubu göndərib.


Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Litva Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan-Litva əlaqələri xoş ənənələrə malikdir. Hazırda bir sıra sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün imkanlar vardır. İnanıram ki, mövcud potensialdan istifadə edərək xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin inkişafı, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə ən xoş arzularımı yetirir, Litva Respublikasının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.