Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Milli Məclis üçün televiziya tələbi – Deputat təklif verdi

Milli Məclis üçün televiziya tələbi – Deputat təklif verdi

Milli Məclis üçün televiziya tələbi – Deputat təklif verdi
2020-06-01 , 15:50

"Ölkəmizdə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam edən islahatların tərkib hissəsi olan struktur islahatları Parlament Aparatından da yan keçməyib və aparılan struktur, kadr dəyişikliklərinin nəticəsi artıq qısa zamanda özünü göstərməkdədir".


Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Azər Kərimli bildirib.

O qeyd edib ki, bu islahatlar çərçivəsində yeni yaradılmış Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin də işini xüsusi vurğulamaq lazımdır: "Elə bir neçə gün əvvəl sosial şəbəkələrdə seçicilərimizi və onların simasında bütün xalqımızı 28 May Respublika Günü münasibəti ilə təbrik edən zaman təbrikimizi bu şöbənin peşəkərlıqla hazırladığı videoçarxla müşayiət etməyimiz şəxsən məndə qürur hissi doğurdu. Bu baxımdan, daha da irəli baxaraq bir təklif vermək istəyirəm.

Hörmətli həmkarlar,
Deputatların müxtəlif televiziya kanallarında yer alan verilişlərə dəvət olunmağı,orada beynəlxalq aləmdə,ölkəmizin sosial,siyasi-iqtisadi həyatında baş verən hadisələrlə bağlı, yeni,önəmli qanun aktları ilə bağlı şərhlər verməyimiz,fikir mübadiləsi aparmağımız çox yaxşı və təqdirəlayiq haldır.
Və buna görə də bütün televiziya kanallarımıza öz minnətdarlığımı bildirirəm.

Amma hesab edirəm ki, eyni zamanda Parlamentin fəaliyyətinin hərtərəfli işıqlandırılması və ictimaiyyətə bu barədə dəqiq, kontekstdən çıxarılmamış məlumatların çatdırılması, yeni qəbul edilən qanunvericilik aktları ilə bağlı vətəndaşların daha yaxından və daha sadə dildə marifləndirilməsi üçün Milli Məclisin İnternet formatında televiziyasının yaradılmasına ehtiyac var. Hazırda dünyanın bütün ölkələrində insanların əhəmiyyətli hissəsi onlara gərəkli olan məlumatları sosial şəbəkələr üzərindən alırlar. Bu baxımdan, əgər belə bir resurs yaradılarsa, o zaman Milli Məclisin fəaliyyətinin daha geniş şəkildə təbliğ olunmasına imkan yaranacaq, ayrıa-ayrı komitələrin iclaslarından, o cümlədən parlamentin plenar iclaslarından qanunvericiliklə peşəkar şəkildə məşğul olan insanların iştirakı ilə hazırlanan videoxülasələr və digər videomateriallar həm də hər kəs üçün əlçatan və etibarlı istinad mənbəyi rolunu oynaya bilər.
Qeyd edim ki, artıq dünyanın bir çox ölkələri və beynəlxalq təsisatları, o cümlədən Böyük Britaniya, Rusiya, Ukrayna, Avropa Parlamenti və digərləri bu təcrübədən istifadə edirlər.

Hesab edirəm ki, bu layihəni həyata keçirmək üçün MM in həm maddi-texniki bazası,həm də lazımı kadr potensialı var və əminəm ki, bu işdə peşəkar televiziya jurnalistləri olan dəyərli həmkarlarımız Qənirə Paşayeva,Sahıb Alıyev də öz köməklərini əsirgəməzlər".

Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın səsləndirdiyi təklifi müsbət qiymətləndirib:

“Parlamentin payız sessiyasından kanalların birində Milli Məclisin bir saatlıq fəaliyyəti ilə bağlı proqram yayımlanacaq. Hazırda bu sahə ilə bağlı iş gedir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.