Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » SON DƏQİQƏ! Azərbaycanda koronavirusdan rekord ölüm — RƏSMİ

SON DƏQİQƏ! Azərbaycanda koronavirusdan rekord ölüm — RƏSMİ

SON DƏQİQƏ! Azərbaycanda koronavirusdan rekord ölüm — RƏSMİ
2020-06-01 , 19:10

Azərbaycan Respublikasında 168 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

 
Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1940, 1952, 1955, 1959 və 1962-ci il təvəllüdlü beş nəfər vəfat edib.
 
Hazırkı dövrədək ölkəmizdə 5662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 68 nəfər vəfat edib, 2086 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
 
Həmin şəxslərdən 55 nəfərin vəziyyəti ağır, 69 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.
 
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 302.933 test aparılmışdır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.