Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İsveçrəli iş adamı Abdulla Şatila Sumqayıta bir milyon tibbi maska göndərdi

İsveçrəli iş adamı Abdulla Şatila Sumqayıta bir milyon tibbi maska göndərdi

İsveçrəli iş adamı Abdulla Şatila Sumqayıta bir milyon tibbi maska göndərdi
2020-06-02 , 20:15

İsveçrəli İş adamı Abdulla Şatila Sumqayıt şəhərinə bir milyon tibbi maska göndərib

Sumqayıt şəhərində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərə dəstək məqsədi ilə İsveçrədə yaşayan iş adamı Abdulla Şatila bir milyon tibbi maska göndərib.
İsveçrəli iş adamı Abdulla Şatila tərəfindən Sumqayıt şəhərinə göndərilən tibbi maskalardan ibarət humanitar yardım Azərbaycan Hava Yollarının Karqo Terminalında qəbul olunub və dezinfeksiya olunduqdan sonra Sumqayıt şəhərinə gətirilib.
Humanitar yardım Sumqayıt şəhər bir saylı Xəstəxanada qəbul olunub və bu humanist addıma, nəcib təşəbbüsə görə sumqayıtlılar adından İsveçrəli iş adamı Abdulla Şatilaya minətdarlıq ifadə olunub.
sumqayitxeber.com mövzu ilə bağlı hazırlanmış videoreportajı təqim edir:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.