Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Cinayət Məcəlləsinə dəyişiklik edildi

Cinayət Məcəlləsinə dəyişiklik edildi

Cinayət Məcəlləsinə dəyişiklik edildi
2020-06-19 , 22:37

Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə dəyişiklik I oxunuşda müzakirəyə çıxarılıb.


Məcəlləyə təklif olunan dəyişikliklə, ictimai işlərə cəlb olunan şəxslər elektron nəzarət vasitəsi gəzdirəcək.

Belə ki, Məcəlləyə edilən dəyişikliklə, məhkəmə tərəfindən ictimai işlərə məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur.

Bu əlavə və dəyişikliklərlə əlaqədar Cəzaların İcrası Məcəlləsinə də uyğunlaşdırma xarakterli dəyişiklik də nəzərdə tutulub.

Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.