Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » KİVDF qəzetlərin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir

KİVDF qəzetlərin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir

KİVDF qəzetlərin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir
2020-06-20 , 15:26

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu 2020-ci ilin II yarısı üçün qəzet redaksiyalarının maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edir.


Yenilik.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının videokonfrans vasitəsi ilə iclası keçirilmişdir. İclasda 2020-ci ilin ikinci yarısı üçün qəzet redaksiyalarının maliyyələşdirilməsi ilə bağlı  müsabiqənin elan edilməsi müzakirə edilmişdir.

Beləliklə, “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”na müvafiq olaraq 19 sahə üzrə qəzet layihələrinin maliyyələşdirilməsi qərara alınmışdır.

Müsabiqədə iştirak etmək üçün sənədlər 17 iyundan 26 iyunadək saat 10:00-dan 17:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təqdim edilməlidir.

Ətraflı məlumatı www.kivdf.gov.az saytından əldə etmək olar.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.