Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » 190 manat iyul ayında veriləcək? – RƏSMİ

190 manat iyul ayında veriləcək? – RƏSMİ

190 manat iyul ayında veriləcək? – RƏSMİ
2020-06-29 , 17:03

Aprel-iyun aylarında 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi həyata keçirilib.

İnsanları daha çox növbəti ay üçün də 190 manat məbləğində birdəfəlik ödəmələrin verilib-verilməyəcəyi maraqlandırır.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Qazet.az-a açıqlama verib.
Onun sözlərinə görə, 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi hələ gündəmdə deyil.
Xatırladaq ki, iyun ayı üçün ödəniş xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlar (Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları) üzrə aprel-may aylarında 190 manat ödəniş almış şəxslərə şamil olunur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.