Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Ramin Bayramlı: "Evdə məşq edin"

Ramin Bayramlı: "Evdə məşq edin"

Ramin Bayramlı: "Evdə məşq edin"
2020-07-04 , 06:49

"Hipodinamiya, yəni az hərəkət etmək ümumi fiziki sağlamlığa , o cümlədən immun sistemə, təbii ki, təsir göstərir. Rayonlara gediş-gəlişə qoyulan məhdudiyyət, evdə özünütəcrid məcburiyyətdən verdiyimiz bir qərardır”.


TƏBİB sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə deyib:

“Bu qərarın aradan qaldırılması insanların məsuliyyətindən asılı olacaq. Vətəndaşlar özünü evdə təcrid edəndə hipodinamiya olacaqlarsa, bunun çarəsinə gərək hər kəs bir şəkildə baxsın. Ev şəraitində idman hərəkətləri edilsin.

Xəstəliyi lokallaşdırmasaq, küçəyə çıxma qadağalarıyla bunun öhdəsindən gəlməsək, karantin rejimini tamamilə aradan qaldırsa, lokal olmuş infeksiyanı digər bölgələrə də yaya bilərik. Bu da bizə problemlər yaradar. Hər birimizin üzərinə məsuliyyət düşür ki, qaydalara əməl edək. Nə qədər erkən normal həyata qayıtsaq, bu, immun sistemimizin fəaliyyətinə və digər məsələlərə də müsbət təsir göstərəcək”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.