Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Anar Bağırov vəkillər barəsində intizam icraatının VK tərəfindən aparılmasının səbəbini açıqladı

Anar Bağırov vəkillər barəsində intizam icraatının VK tərəfindən aparılmasının səbəbini açıqladı

Anar Bağırov vəkillər barəsində intizam icraatının VK tərəfindən aparılmasının səbəbini açıqladı
2020-07-12 , 22:37

"Vəkillər barəsində intizam icraatının Vəkillər Kollegiyası tərəfindən nə üçün aparılmasının səbəbini anlamayan, bunun məqsədlərini dərk etməyən insanların fikirləri ilə tanış oluram".

Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov bildirib.
Sədr qeyd edib ki, demokratik cəmiyyətlərdə vəkilləri yalnız onların müstəqil özlərinin formalaşdırdıqları peşə birliyi intizam məsuliyyətinə cəlb etmək səlahiyyətinə malikdir: "Bunun fəlsəfəsi müstəqil şəxs olan vəkilin yol verdiyi ehtimal olunan qanun pozuntusunun öz həmkarları tərəfindən araşdırılmasından və hüquqi qiymət verməkdən ibarətdir. Peşə birliyi öz üzvlərinin səhvlərini özü araşdırır və qanuna əsasən doğru hesab etdiyi cəzanı təyin edir. Bu diskresion səlahiyyətlərin icrası birinci növbədə peşənin sağlamlaşdırılması, cəmiyyətdə nüfuzunun saxlanılması, onun etimadını, inamını doğrultması üçün müstəsna əhəmiyyətə malikdir".

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.