Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev vəkil oldu

BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev vəkil oldu

BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev vəkil oldu
2020-07-14 , 15:12

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı Əmir Əliyev vəkilliyə qəbul olunub.

Bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclasında məlumat verilib.
İclasda vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib, hazırda dövlət qulluğunda olan bəzi vəkilliyə namizədlərin vəkillik fəaliyyətinə başlamalarına möhlət verilməsinə dair müraciətlərə baxılıb və bir sıra vəkillərin mükafatlandırılması məsələlərinə dair müsbət qərarlar qəbul olunub.
Qeyd edək ki, Ə.Əliyevlə yanaşı, BDU-nun professorları, kafedra müdirləri Kamil Səlimov və Şəhla Səmədova vəkilliyə qəbul olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.