Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » SON DƏQİQƏ! Tovuzda yenidən döyüş gedir - RƏSMİ

SON DƏQİQƏ! Tovuzda yenidən döyüş gedir - RƏSMİ

SON DƏQİQƏ! Tovuzda yenidən döyüş gedir - RƏSMİ
2020-07-16 , 08:52

İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.


Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur. Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə əlavə məlumat veriləcək

https://mod.gov.az/az/news/tovuz-istiqametinde-veziyyet-gergin-olaraq-qalir-31507.html

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.