Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Polad Həşimovun adı Həzi Aslanov küçəsinə verilməyib - AÇIQLAMA

Polad Həşimovun adı Həzi Aslanov küçəsinə verilməyib - AÇIQLAMA

Polad Həşimovun adı Həzi Aslanov küçəsinə verilməyib - AÇIQLAMA
2020-08-06 , 10:30

“Qəbələdə şəhid general-mayor Polad Həşimovun ikinci ən böyük küçəsinə adının verilməsi bir sıra KİV-lərdə yanlış işıqlandırılıb”.

Bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov deyib.
O, bildirib ki, bir sıra KİV-lər məlumat yayıb ki, küçənin əvvəlki adı Həzi Aslanov olub: “Bu səhv məlumatdır. Şəhid general-mayor Polad Həşimovun adı İsmayıl Bəy Qutqaşınlı küşəsinin bir hissəsinə verilib. Səhvə yol verən KİV-lərdən məlumatı düzəltməyi xahiş edirəm”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.