Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » İlham Əliyev: “Böyük qayıdış astanasındayıq”

İlham Əliyev: “Böyük qayıdış astanasındayıq”

İlham Əliyev: “Böyük qayıdış astanasındayıq”
2020-10-20 , 16:17

Azərbaycan xalqı işğaldan azad edilmiş torpaqlara qayıdacaq, orada yaşayacaq.

 
Bunu Ali baş Komandan, Prezident İlham Əliyev Azərbaycan Televizyası vasitəsilə xalqa müraciət edərkən bildirib.

 
Prezident qeyd edib ki, böyük qayıdış astanasında əlimizdən gələni edəcəyik ki, Azərbaycan vətəndaşları rahat, əmin-amanlıq şəraitində yaşasınlar:

 
"Ermənilər 30 il ərzində torpaqlarımızda oturub bizə meydan oxuyurdular. Dağıdılmış kəndlərin, şəhərlərin vəziyyətinə baxın ki, bizim qarşımızada hansı vəhşilər dayanıb. Azad edilmiş torpaqlarda salamat bina qalmayıb, tarixi abidələrimiz dağıdılıb, məscidlərimiz talan edilib. Onlar hesab edirdilər ki, biz bununla razılaşacağıq. Onlar rayonlarımızın, kəndlərimizin adlarını dəyişdiriblər. Amma onlar Azərbaycan xalqının iradəsini qıra bilmədilər. İşğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı öz torpaqlarına qayıtmaq arzusu ilə yaşayır. Biz onların aruzusunu yerinə yetirəcəyik”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.