Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Polad Bülbüloğlu geri çağırılıb? - Rəsmi açıqlama

Polad Bülbüloğlu geri çağırılıb? - Rəsmi açıqlama

Polad Bülbüloğlu geri çağırılıb? - Rəsmi açıqlama
2020-11-15 , 09:45

Bəzi kütləvi informasiya vasitələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfirinin geri çağırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Metbuat.az-a bildirilib ki, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndələrinin təyin edilməsi və geri çağırılması dövlət başçısının səlahiyyətlərinə daxildir. Bu xüsusda yayılan bütün məlumatlar yalnız rəsmi mənbələrə əsaslanmalıdır.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.