Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezidentin general-mayor rütbəsi verdiyi Kənan Seyidov kimdir?-FOTO

Prezidentin general-mayor rütbəsi verdiyi Kənan Seyidov kimdir?-FOTO

Prezidentin general-mayor rütbəsi verdiyi Kənan Seyidov kimdir?-FOTO
2020-11-20 , 21:33

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Kənan Seyidova general-mayor ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Quru Qoşunlarının zabiti olan Kənan Seyidov fəaliyyəti ilə seçilən hərbçilərdəndir.

K.Seyidov 2003-cü ildə kapitan qismində Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. 11 il sonra, 2014-cü ildə isə Prezidentin sərəncamı ilə “Vətən uğrunda” medalına layiq görülüb.

O, 2016-cı ildə Aprel döyüşləri zamanı göstərdiyi qəhrəmanlığa görə ölkə başçısının sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.