Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » “Fransa Xarici İşlər Nazirliyi “Dağlıq Qarabağ Respublikası”nı tanımır” - RƏSMİ

“Fransa Xarici İşlər Nazirliyi “Dağlıq Qarabağ Respublikası”nı tanımır” - RƏSMİ

“Fransa Xarici İşlər Nazirliyi “Dağlıq Qarabağ Respublikası”nı tanımır” - RƏSMİ
2020-11-27 , 09:03

Fransanın Xarici İşlər Nazirliyi ölkə Senatının qondarma "Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsinin qəbuluna münasibət bildirib.



Bu barədə Azxeber.com Fransa XİN-nin bəyanatına istinadən xəbər verir.

"Fransa Senatında qondarma "Dağlıq Qarabağ respublikasının” tanınmasına dair qətnamə layihəsi qəbul olunub. Səsvermə öncəsi aparılan müzakirələr zamanı Xarici İşlər Nazirliyinin dövlət katibi Jan Batist Lemuan hökumətin bu mövzuda tutduğu mövqeyi xatırladıb. Xarici İşlər Nazirliyi "Dağlıq Qarabağ Respublikası”nı tanımır”-deyə, bəyanatda qeyd olunub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.