Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » DİN-dən vətəndaşlara xəbərdarlıq: İcazədən sui-istifadə edənlər cəzalandırılacaq - VİDEO

DİN-dən vətəndaşlara xəbərdarlıq: İcazədən sui-istifadə edənlər cəzalandırılacaq - VİDEO

DİN-dən vətəndaşlara xəbərdarlıq: İcazədən sui-istifadə edənlər cəzalandırılacaq - VİDEO
2020-12-30 , 09:49

Son günlər Bakı, Sumqayıt və Abşeronda yaşayan şəxslərin kütləvi halda rayonlara üz tutduğu müşahidə edilir. Araşdırmalar zamanı verilən icazələrdən, ezamiyyət vərəqələrindən sui-istifadə hallarının olduğu ortaya çıxıb. Bu səbəbdən də sərtləşdirilmiş xüsusi karantin tətbiq edilən bölgələrə icazələrlə də giriş-çıxış mümkün olmayacaq.


İcazələrdən sui-istifadə edənlər cəzalanacaq.
Daxili İşlər Nazirliyindən bildirilib ki, ölkənin bəzi şəhər və rayonlarında tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya "icaze.e-gov.az" portalına daxil edilmiş məlumatlar əsasında həyata keçirilir.
Son vaxtlar xüsusilə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayan və işləyən şəxslərin kütləvi şəkildə ailə üzvləri ilə birgə məhz həftəsonu və ya bayramqabağı ezamiyyə adı ilə respublikanın ayrı-ayrı bölgələrindəki istirahət zonalarına getmələri müşahidə olunur. Bu səbəbdən də karantin postlarında nəzarət daha da gücləndirilib.
Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonların inzibati ərazilərində, o cümlədən istirahət mərkəzlərində polis və Daxili Qoşunların hərbi qulluqçuları mütəmadi reydlər keçirəcəklər.
Qeyd edilib ki, bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.