Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Bu şəxslərə “Xalq artisti” fəxri adı verildi

Bu şəxslərə “Xalq artisti” fəxri adı verildi

Bu şəxslərə “Xalq artisti” fəxri adı verildi
2020-12-31 , 12:32

Prezident İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

 
Sərəncamla Azərbaycan Milli Konservatoriyasının 20 illiyi münasibətilə və Azərbaycanda milli musiqi təhsilinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Milli Konservatoriyasının aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilib:
 
“Xalq artisti”
 
Həşimov Elçin Ləzgi oğlu
 
Mansurov Elşən Məmməd oğlu
 
Mansurov Malik Məmməd oğlu
 
“Əməkdar incəsənət xadimi”
 
Hüseynova Lalə Şirməmməd qızı
 
“Əməkdar mədəniyyət işçisi”
 
Seyidova Yaqut Şıxseyid qızı
 
“Əməkdar müəllim”
 
Abdinzadə Firuz Zeynal oğlu
 
Ələkbərov Sabir Ələkbər oğlu
 
Əliyev Adgözəl Məmmədhüseyn oğlu
 
Nağıyev Elçin Ağaşirin oğlu
 
Şahməmmədova Naibə Məqsud qızı
 
Yusifova Təranə Əbülfəz qızı”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.