Sumqayıt şəhər bələdiyyəsinin sədri istefa verdi

Sumqayıt şəhər bələdiyyyəsinin sədri Sultan Əsədov vəzifəsindən istefa verib.
Qurum S.Əsədovun istefa xəbərini oxu.az-a təsdiq edib.
Bildirilib ki, keçmiş sədr bir neçə gün əvvəl vəzifəsindən istefa verib.
Onun vəzifəsi Sumqayıt şəhər bələdiyyəsinin sədr müavini Sərviz Süleymanova həvalə edilib.