Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Oxuculara vacib müraciət

Oxuculara vacib müraciət

Oxuculara vacib müraciət
2021-02-08 , 02:42

Əziz Oxucular!


Sizin qarşınıza hər gün yeni saytlar, internet kanalları çıxır ki, ola bilsin maraq göstərir, "halal olsun, düz yazır" düşünürsünüz. Amma onlar hər biri haradansa maliyyələşir və həqiqiqəti müəyyən yerə qədər deyirlər. O yerdə ki, həqiqət artıq həmin saytı maliyyələşdirən oliqarxa toxunur, orda sakitcə dayanırlar və siz onu hiss etmirsiniz. Lakin həmin saytların çox bahalı ofislərdə fəaliyyət göstərdiyini, işçilərə yaxşı maaş verdiyini bilsəniz, Azad media anlayışından nə qədər uzaq olduqlarına əmin olarsınız.

Yenilik.az 2009-cu ildən müstəqil media qurumu kimi informasiya yayımı ilə məşğul olsa da, heç bir vaxt heç bir şəxs və qurum tərəfindən maliyyə yardımı almayıb və indi də almır. Buna baxmayaraq, məhdud imkanlarımızla indiyədək böyük maliyyə vəsaitləri ayrılan saytlardan, holdinqlərdən çox iş görmüşük, sosial şəbəkələrdəki səhifələrimizlə onlarla insanın sosial problemlərini ictimailəşdirib son nəticədə həll olunmasına səbəb olmuşuq. Lakin maliyyə problemimiz düzələrsə daha çox insanın problemlərini işıqlandıra, Prezidentin də dəfələrlə vurğuladığı ictimai nəzarəti həyata keçirə bilərik. 

Çox gözəl layihələrimiz, ideyalarımız var ki, onları həyata keçirə bilsək, sizi cəmiyyətin müxtəlif sahələrinə dair daha maraqlı, maarifləndirici xəbərlərlə tanış edə bilərik. Ailənizlə birlikdə izləyə biləcəyiniz İnternet TV yaratmaq və sizə əsl TV seyr etmək imkanı yaratmaq istəyirik. Bunun üçün isə bizim dəyərli oxucularımıza, xalqımızın dəyərli insanlarına, xaricdə və ölkəmizdə yaşayan iş adamlarının dəstəyinə ehtiyacımız var. Gücünüz nəyə çatırsa dəstək olun. Həmçinin obyektinizdə bizə ofis və studiya kimi istifadə etmək üçün pulsuz otaqlar ayıra bilərsiniz. Bu da sizin Azad Mediaya bir dəstəyiniz olar. 

Müstəqil medianın inkişafı sizdən asılıdır. Azad mediaya dəstək olun!

İanələr üçün hesab nömrələri:
AccessBank

AZ32ACA800001003241000058030 (AZN)
AZ39ACAB00001003242000185231 (USD)

Kart hesabı:
4169 7377 0269 2670 (Kapital bank)
5335 9935 0253 7781 (Respublika bank)

Webmoney hesabı:

Z281259560457 (USD)
E708620498680 (Avro)
R612624848761 (Rubl)

Əlaqə:
+994 50 295 94 79
[email protected]

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.