Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » ŞAD XƏBƏR: 5 manatdan 1,5 manata endirildi - İlham Əliyev MÜHÜM QANUNU TƏSDİQLƏDİ

ŞAD XƏBƏR: 5 manatdan 1,5 manata endirildi - İlham Əliyev MÜHÜM QANUNU TƏSDİQLƏDİ

ŞAD XƏBƏR: 5 manatdan 1,5 manata endirildi - İlham Əliyev MÜHÜM QANUNU TƏSDİQLƏDİ
2021-02-27 , 18:24

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.


Sənədə əsasən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilib:

- 10.18-ci maddədə “2 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün hər səhifəyə görə əlavə” sözləri “1,5 manat və sənədlərdən surət və çıxarışların düzgünlüyünün təsdiqi üçün ikinci səhifədən başlayaraq hər səhifəyə görə” sözləri ilə əvəz edilsin;

- 11.1.5-ci maddənin sonundakı nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 11.1.6-cı və 11.1.7-ci maddələr əlavə edilsin:

“11.1.6. notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan sənədlərin, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə hazırlanmış sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə;

11.1.7. digər notariat hərəkətinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcıya keçirilərək təsdiq edilməsinə görə.”.

Bu Qanun 2021-ci il martın 1-dən qüvvəyə minir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.