Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Məhkəmə hakiminin arvadını ov tüfəngi ilə öldürməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Məhkəmə hakiminin arvadını ov tüfəngi ilə öldürməsi ilə bağlı RƏSMİ MƏLUMAT

Məhkəmə hakiminin arvadını ov tüfəngi ilə öldürməsi ilə bağlı RƏSMİ MƏLUMAT
2021-05-31 , 10:14

Baş Prokurorluq Bakıda hakimin qətl törətməsi ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, mayın 30-da paytaxt sakini Əhmədova Pərvanə Süleyman qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Sabunçu rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq idarəsində tapşırılmışdır.

Əhmədov Fəqan Rövşən oğlunun özünə məxsus ov tüfəngindən atəş açaraq Pərvanə Əhmədovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Fəqan Əhmədov şübhəli şəxs qismində istintaqa cəlb edilmişdir. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.