Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Jurnalistləri hədələyən Araz Musayev fövqəladə hallar orqanlarından xaric edilib

Jurnalistləri hədələyən Araz Musayev fövqəladə hallar orqanlarından xaric edilib

Jurnalistləri hədələyən Araz Musayev fövqəladə hallar orqanlarından xaric edilib
2021-06-05 , 21:05

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğından icbari sığorta işinə nəzarət şöbəsinin baş mütəxəssisi daxili xidmət polkovnik-leytenantı Araz Furqan oğlu Musayev 3 iyun 2021-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Qurbanov küçəsi, ev 38 ünvanında vətəndaşların şikayəti əsasında araşdırma aparan kütləvi informasiya vasitələrinin əməkdaşlarının xidməti vəzifələrini yerinə yetirməsinə mane olub və onları hədələyib, bununla da fövqəladə hallar orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verib.

Bu barədə "Report"a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qeyd olunanları nəzərə alaraq, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun 4 iyun 2021-ci il tarixində imzaladığı müvafiq əmrə əsasən Araz Musayev fövqəladə hallar orqanlarından xaric edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.