Yenilik.Az
www.Yenilik.Az » Rəsmi » Prezident Elmir Vəlizadəni işdən çıxardı (SƏRƏNCAM)

Prezident Elmir Vəlizadəni işdən çıxardı (SƏRƏNCAM)

Prezident Elmir Vəlizadəni işdən çıxardı (SƏRƏNCAM)
2021-06-15 , 11:22

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vəzifəsindən azad edilib.


Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Xatırladaq ki, E.Vəlizadə 1964-cü ildə Mingəçevir şəhərində anadan olub, 1982-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) təhsil alıb.

O, 1991-ci ildə Prezident Aparatında I dərəcəli mütəxəssis kimi işə başlayıb, 1998-ci ildən qurumun İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin rəhbəri, 2005-ci ildən isə İnformasiya Resursları və Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb, 2007-ci ildən rabitə və informasiya texnologiyaları nazirinin müavini, 2014-cü ildən rabitə və yüksək texnologiyalar nazirinin müavini, 2018-ci ildən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini olub.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.