Azərbaycanla Tacikistan arasında imzalanmış Protokol təsdiqləndi

Fərmana əsasən, protokol qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.
Xarici İşlər Nazirliyinə isə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Tacikistan Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.
Qeyd edək ki, protokol 2023-cü il aprelin 5-də Düşənbə şəhərində imzalanıb.