Bu gün Əliyev, Putin və Paşinyan görüşəcək

Liderlərin görüşündə sülh prosesi əsas müzakirə mövzusu olacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev və Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə mayın 14-də Brüsseldə görüşüb. Növbəti görüşün iyunun 1-də Moldovada keçiriləcəyi gözlənilir.
Onu da bildirək ki, Moskvada son görüş mayın 19-da xarici işlər nazirləri arasında olub.