Azərbaycanda yeni medal təsis edildi

Azərbaycanda yeni medal təsis edildi “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı təsis edilib.
Yenilik.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişiklikdə əksini tapıb.
“Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif ediləcəklər:
- minatəmizləmə sahəsinin inkişafında fəal iştiraka görə;
- minatəmizləmə sahəsində səmərəli əməkdaşlığa verilən əhəmiyyətli töhfəyə görə;
- minatəmizləmə sahəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə.
Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılacaq.

Geri qayıt