Əhəd Abıyevin vəzifəsi bu şəxsə tapşırıldı

Əhəd Abıyevin vəzifəsi bu şəxsə tapşırıldı Prezident İlham Əliyevin sərəncamı ilə, Əhəd Mikayıl oğlu Abıyev Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
 
Manset.az-ın əldə etdiyi məlumata görə, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi müvəqqəti olaraq, başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məmmədov Vüqar Xanlar oğluna tapşırılıb. 
Qeyd edək ki, Ə.Abıyev 2011-ci ilin fevralından Daşkəsənin icra başçısı vəzifəsində çalışırdı.

Geri qayıt