“Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq”

Dövlətimizin başçısı qeyd edib ki, bu, ən minimal göstəricidir.
“Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaq, çünki birincisi, bizim buna gücümüz çatır, iradəmiz var, Böyük Qayıdış Proqramı qəbul olunub, uğurla icra edilir, artıqlaması ilə icra edilir və əsas amil odur ki, bizim keçmiş köçkünlər səbirsizliklə o günləri gözləyirlər”, - deyə Azərbaycan Prezidenti bildirib.