Azərbaycan Rumıniyaya yeni səfir təyin edib - SƏRƏNCAM

Azərbaycan Rumıniyaya yeni səfir təyin edib - SƏRƏNCAM Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
 
Yenilik.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
 
Dövlət başçısının digər Sərəncamı ilə Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Geri qayıt