Anar Bağırov Fəxri mediator diplomu ilə təltif edilib-FOTO

Anar Bağırov Fəxri mediator diplomu ilə təltif edilib-FOTO
15 dekabr 2023-cü il tarixində  İsmayıllı rayonunda yerləşən "Basqal Resort & SPA" otelində Mediasiya Şurasının üzvlərinin Ümumi Yığıncağının yekunlarında Azərbaycan Respublikasının Vəkillər Kollegiyası-Azerbaijani Bar Association Rəyasət Heyətinin sədri Anar Bağırov Mediasiya Şurasının Fəxri mediator diplomu və yaxa nişanı ilə təltif edilib. Anar Bağırovun Diplom və yaxa nişanı Mediasiya Şurasının İdarə Heyətinin səri Nadir Adilov tərəfindən tədbirdə iştirak edən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət heyətinin sədr müavini Pərviz Ələkbərova təqdim edilib.
Mediasiya Şurası adından Mediasiya Şurasının fəaliyyətinə göstərdiyi dəstək üçün Azərbaycan Respublikası Vəkilllər Kollegiyasının sədri Anar Bağırova dərin təşəkkür edir və ona fəaliyyətində uğurlar arzu edirik. 
Geri qayıt