Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın məbləği açıqlanıb

Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın məbləği açıqlanıb Azərbaycanın Ukraynaya humanitar yardımı bu il də davam edib.
Bu barədə XİN-in 2023-cü ilin yekunlarına dair mətbuat konfransında qeyd olunub.
Bildirilib ki, ümumilikdə, Azərbaycan Respublikası tərəfindən Ukraynaya göstərilmiş humanitar, eləcə də bərpa və yenidənqurma məqsədli yardımın məbləği 57 milyon manatdan artıq (təxminən 34 milyon ABŞ dolları) təşkil edir ki, bunun yarıya qədəri cari il ərzində həyata keçirilib.

Geri qayıt