Azərbaycan Prezidenti Yaponiya İmperatoruna təbrik ünvanladı

Yenilik.az xəbər verir ki, məktubda deyilir:
“Əlahəzrət,
Yaponiyanın milli bayramı – Təvəllüd Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Yaponiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.