AZƏRBAYCANDA NAZİR İŞDƏN ÇIXARILDI-SƏRƏNCAM

AZƏRBAYCANDA NAZİR İŞDƏN ÇIXARILDI-SƏRƏNCAM O, 26 il idi ki, nazir vəzifəsini daşıyırdı

Prezident İlham Əliyev Mədəniyyət nazirini vəzifəsindən azad edib. AYNA xəbər verir ki, Prezidentin Sərəncamı ilə Əbülfəs Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ə.Qarayev 1994-cü ildən bu yana nazir vəzifəsində işləyib.

O, 1994-2001-ci illərdə Gənclər və idman naziri, 2001-2006-cı illərdə Gənclər, idman və turizm naziri, 2006-2018-ci illərdə Mədəniyyət və turizm naziri, 2018-dən bu günədək isə Mədəniyyət naziri vəzifəsini daşıyıb.
Geri qayıt