CAR Prezidenti Azərbaycanın dövlət başçısını təbrik etdi

CAR Prezidenti Azərbaycanın dövlət başçısını təbrik etdi Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafoza Prezident İlham Əliyevi təbrik edib.
 
Yenilik.az-ın xəbərinə görə, təbrikdə deyilir:
 
“Zati-aliləri.
 
Əlamətdar tarix, 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Cənubi Afrika Respublikasının hökuməti və xalqı adından Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
 
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasında mövcud olan gözəl dostluq münasibətlərini daha da möhkəmləndirmək niyyətimizi bir daha bəyan edirəm.
 
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Geri qayıt