SUMQAYITDA 500 NƏFƏR KORONAVİRUSA YOLUXDU

SUMQAYITDA 500 NƏFƏR KORONAVİRUSA YOLUXDU Sumqayıt şəhər 1 nömrəli xəstəxananın nəzdində fəaliyyət göstərən xüsusi laboratoriyada may ayının 8-dən bu günədək 9000 nəfər COVID-19 testindən keçib.
 
Xəstəxanadan bildirilib ki, götürülən testlərdən 500-ə qədəri pozitiv nəticə verib. Bunun əksəriyyəti şəhər sakinləridir. Sutka ərzində laboratoriyaya 250-300 müraciət daxil olur. Əsasən Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində yaşayan vətəndaşların müraciəti icra olunur, digər ərazilərdən göndərilən nümunələrin qəbulu laboratoriyanın işi çox olduğu üçün dayandırılıb./Pravda.az


Geri qayıt