İlham Əliyevdən Omanın Sultanına məktub

“Əlahəzrət,
Oman Sultanlığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Oman xalqına daim firavanlıq və rifah arzulayıram”.