AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi - Sərəncam

AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirildi - Sərəncam Prezident İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında” Sərəncam imzalayıb.
Yenilik.az xəbər verir ki, Sərəncama əsasən, AMEA-nın Yüksək Texnologiyalar Parkı Azərbaycan Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı adlandırılıb.
Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Geri qayıt