Keçmiş əməkdaşı "Fortis Group"u məhkəməyə verdi

Keçmiş əməkdaşı "Fortis Group" MMC məhkəməyə verilib.
 
Pravda.az-ın xəbərinə görə, MMC ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciəti şirkətin keçmiş əməkdaşı Hacıyev Asif (ad şərti-red) Zabit oğlu edib.
 
Mahiyyəti işə bərpa və əmək haqqı tələbi olan mübahisə hakim Elman Məmmədovun icraatındadır.
 
Qeyd: Nizamnamə kapitalı 25 000 000 AZN olan "Fortis Group"un qanuni təmsilçisi Asif Ziyadxan oğlu İbrahimovdur.

Geri qayıt