Prezident Fərman imzaladı

Fərmana əsasən, bu Qayda Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (bundan sonra – Agentlik) vəsaitindən istifadə mexanizmini və şərtlərini müəyyən edir.
Agentliyin vəsaitindən ölkə üzrə rəqəmsal inkişafın təmin edilməsi, o cümlədən yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsi və onların transferinin təşkili, innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsi, innovativ layihələrin (həmçinin startapların) təşviqi, habelə innovasiya təşəbbüskarlığının təbliği məqsədilə istifadə edilir.