İlham Əliyev: "Əfsuslar olsun, COP29 bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu"

"Əfsuslar olsun, deməliyəm ki, bu qlobal beynəlxalq tədbir bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu", - deyən dövlətimizin başçısı bunun bir sıra mərkəzlərdən gördüyümüzü bildirib. Bunlar arasında ABŞ-ın Dövlət Departamentinin, saxta xəbərlər yayan "Washington Post", "New York Times", "News Week", "Politico", "Associated Press"in, Fransanın Prezident ofisinin, "Le Figaro" və "Le Monde" qəzetlərinin olduğunu vurğulayıb.